- Baxış sayı: 40
- 26 Aprel 2024 14:00
- Baxış sayı: 50
- Aprel 23, 2024
- 0
“Neftçi”nin yarımmüdafiəçisi Mirabdulla Abbasov paytaxt klubundan ayrıla bilər. Allsport.az saytı xəbər verir ki, bir müddət əvvələ qədər Latviyanın “Dauqavpils” klubunda çıxış edən gənc futbolçunun xidmətində indi də “Sumqayıt” maraqlıdır.
“Kimyaçılar” da onu latviyalılar kimi, icarə əsasında heyətə qatmağa çalışırlar. Tezliklə bu transferlə bağlı yekun görüşün keçirilməsi gözlənilir.
Qeyd edək ki, “Sumqayıt” “Neftçi”nin hücumçusu Məhəmməd Qurbanovu da heyətinə qatmaq istəyir.