“Turan Tovuz”un futbolçusuna hakimi təhqir etmək baha başa gəldi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Göyəzən” – “Bakılı” matçının 83-cü dəqiqəsində “Göyəzən”in futbolçusu Sənan Yusifov və “Bakılı”nın futbolçusu Şəhriyar Əhmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər ikisi 4 oyun cəzalanıb, klubları 400 manat cərimə olunub.

“Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Murad İsgəndərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyun bitdikdən sonra “Turan Tovuz”un futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

Həmin kateqoriyadan