“Xallı bəbir” cüdosevərləri gözləyir

20-27 sentyabrda paytaxtda ilk dəfə keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri artıq satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışın biletlərini “Asan xidmət” mərkəzlərindən, şəhərimizin bütün kassalarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.

Qiymət kateqoriyalara uyğun olaraq, səhər yarışları üçün 1,5, VİP yerlərə 25, final mərhələsinə 2 və 10, VİP yerlər 50 manat təşkil edir.

Bu sınaqda 150-ə yaxın ölkəsinin iştirakı gözlənilir. Dünya çempionatının təntənəli açılışı sentyabrın 20-i saat 15:00-olacaq.

Həmin kateqoriyadan