- Baxış sayı: 49
- 14 Aprel 2024 11:52
- Baxış sayı: 50
- Aprel 23, 2024
- 0
Yeniyetmə oğlan ağırlıqqaldıranlardan ibarət yığmanın növbəti təlim-məşq toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, millimiz iyunun 3-dən etibarən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında qarşıdakı yarışlara Asif Məmmədov və köməkçilərinin rəhbərliyi altında hazırlıq keçir. Əsas hədəf 22-30 sentyabrda Kosovoda keçiriləcək Avropa birinciliyi, həmçinin digər yarışlarda uğurlu çıxışdır.
Yığma həftədə 5 dəfə olmaqla gündə iki dəfə intensiv məşqlər keçir. Yeniyetmə atletlər bütün şəraitlə – qidalanma, vitaminizasiya, həkim nəzarəti ilə təmin olunublar. Təlim-məşq toplanışının gedişatı barədə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Asif Məmmədov məlumat verib:
“Hazırlıq üçün lazımi şərait yaradılıb. Komandamızda ab-hava yükskdir, çalışmalarımız istədiyimiz kimi gedir. Qarşıdakı yarışlarda uğurlu çıxış etmək istəyirik”.
Qeyd edək ki, toplanışın iyulun sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.