Əli Ay: “Çox güman, yeni baş məşqçimiz Robert Prosineçki olacaq”

“Böyük ehtimalla, gələn həftə yeni baş məşqçisinin adına aydınlıq gələcək. Bu barədə geniş məlumatı rəsmi müqavilə imzaladıqdan sonra söyləyəcəyəm. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan Futbol Federasiyası ilə müqaviləsi var”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Türkiyənin “Bursaspor” klubunun prezidenti Əli Ay deyib. O, millimizin baş məşqçisi ilə razılıq əldə etdiyini bildirib:

“Prosineçki ilə razılaşmışıq. Çox güman, yeni baş məşqçimiz o olacaq. Məsələni 80 faizini həll etmişik. Amma müqavilə imzalamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik”.

Xatırladaq ki, xorvatiyalı mütəxəssisin AFFA ilə müqaviləsi cari ilin sonunda başa çatır.

Həmin kateqoriyadan