- Baxış sayı: 40
- 12 Noyabr 2026 16:52
- Baxış sayı: 380
- Noyabr 09, 2026
- 0

“Aston Villa” ciddi itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Yohan Manzambi zədə səbəbindən İsveçrə millisinin heyətindən çıxarılıb.
21 yaşlı futbolçunun baldır nahiyəsində problem aşkarlanıb. Tibbi müdaxilələrə baxmayaraq, onun vəziyyətində kifayət qədər irəliləyiş olmayıb.
Bu səbəbdən Manzambi UEFA millətlər liqasında Sloveniya və Şotlandiyaya qarşı keçiriləcək oyunları buraxacaq. Futbolçu müalicəsini davam etdirmək üçün klubunun düşərgəsinə qayıdıb.