- Baxış sayı: 26
- 12 Noyabr 2026 17:45
- Baxış sayı: 379
- Noyabr 09, 2026
- 0

“Milan” və Niderland millisinin keçmiş futbolçusu Rud Qullit Kriştianu Ronaldunun Portuqaliya millisindən ayrılması barədə danışıb.
Allsport.az xəbər verir ki, veteran futbolçu Ronaldunun verdiyi qərarı dəstəkləməyib:
“Mən də ona oxşar bir şey etmişdim və bu günə qədər peşmanam. Bəzən emosiyalara əsaslanaraq qərarlar verir və istəmədiyiniz bir hay-küy yaradırsınız. Ona rəğbət bəsləyirəm. O anda nə hiss etdiyini başa düşürəm. Bu, ən yaxşı qərar idimi? Düşünmürəm. Millidən ayrıldığım üçün bu günə qədər peşmanam. Ümid edirəm ki, Portuqaliya üçün layiq olduğu son oyununa çıxacaq. Bəlkə də onun üçün xüsusi bir yoldaşlıq oyunu təşkil edəcəklər. Həqiqətən də ümid edirəm ki, belədir. Çünki o, Portuqaliya üçün fantastik idi”.