Əmrə Bələzoğlu oyundan qovuldu

Allsport.az xəbər verir ki, Türkiyə kubokunun 1/4 final matçında “Başağşəhər” rəqib meydanında “Qalatasaray” ilə qarşılaşıb.

Qonaq komanda 3:2 hesabı ilə qalib gələrək, yarımfinalıa adlayıb. Oyunda qolları “aslanlar”dan Kaan (20-ci dəqiqə), İkardi (51-ci dəqiqə), digər İstanbul təmsilçisindən Patrik (23-cü dəqiqə və 66-cı dəqiqə) və Aleksiç (33-cü dəqiqə) vurublar.

Gərgin keçən matçda “Başağşəhər”in baş məşqçisi Əmrə Bələzoğlu hakimin verdiyi qərarlara sərt reaksiya verib və nəticədə sarı kart görüb.

Ancaq bu keçmiş futbolçunu biraz da qəzəbləndirib. Bundan sonra, 4-cü hakimlədə sərt danışan Bələzoğlu baş hakim tərəfindən qırmızı kartla cəzalandırılıb və meydandan qovulub.

Həmin kateqoriyadan