1/32 finala qədər irəlilədilər

Macarıstan paytaxtı Budapeştdə gənc sablyaçıların dünya kuboku mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, oğlanlarda qrupu 5 qələbə ilə başa vuran Maqsud Hüseynli, 32-liyə yüksəlmək uğrunda turnirin qalibi, Almaniya idmançısı Kolin Hizkoka 6:15 hesabı ilə uduzub.

Qrupu 3 qələbə ilə bitirən Saleh MəmmədovMurad Əkbərov 64-lüyə yüksəlmək uğrunda müvafiq olaraq Almaniya və Türkiyə təmsilçiləri ilə qarşılaşıb. Saleh Məmmədov Almaniya idmançısı Robet Piçaya 8:15, Murad Əkbərov isə türkiyəli Öztürk Alkimə 13:15 hesabı ilə məğlub olub.

Qızların yarışında qrupda 2 qələbəsi olan Sofiya Mamina mübarizəni erkən dayandırıb.

Həmin kateqoriyadan