1/8 final oyununda 10 qol vuruldu

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. 

Allsport.az xəbər verir ki, günün ilk matçında premyer liqa təmsilçisi “Araz-Naxçıvan” I liqada mübarizə aparan “İrəvan”la üz-üzə gəlib. 

Qarşılaşma Naxçıvan təmsilçisinin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Araz-Naxçıvan” 1/4 finalda bu gün oynanılacaq “İmişli” – “Qəbələ” matçının qalibi ilə görüşəcək. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

Həmin kateqoriyadan