10 yaşlı qızıl medalçımız

Allsport.az xəbər verir ki, yeniyetmə və uşaq qılıncoynadanlarımız Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edib.

Səid Sultanlı 40 iştirakçı arasında 10 yaşadək oğlan sablyaçıların şəxsi yarışında qızıl medal qazanıb.

Züleylxa Sultanlı isə 14 yaşadək 70 qız sablyaçının şəxsi mübarizəsində 5-ci yerə layiq görülüb.

Təmsilçilərimizdən Jasmin Vəliyeva isə 10 yaşadək sablyaçı qızların şəxsi yarışında əsas mərhələyə kimi yüksəlməyi bacarıb.

Həmin kateqoriyadan