Türkiyə super liqasının bərpa qaydaları

Türkiyə futbol federasiyası iyunun 12-də bərpa etməyə hazırlaşdığı super liqa ilə bağlı qaydaları müəyyənləşdirib. Allsport.az xəbər verir ki, oyundan əvvəl futbolçuların görüşməsi və ümumi komanda fotosu çəkdirməsi qadağan edilib.

Texniki zonada qol sevinci qeyd edilməməlidir. Oyunda futbolçu və texniki heyət hakimlərdən ən azı 2 metr uzaqda dayanmalıdır.

Ehtiyat oyunçular sırasında 2 metrlik məsafə qoyulmalıdır. Əlcəksiz topa əlcəksiz toxunulsa, dezinfeksiya edilməlidir.

Komanda üzvləri üçün ayrı-ayrı su butulkası qoyulmalıdır. Texniki zonada yer alacaq şəxslər tibbi maska taxmalıdır. Matçdan bir gün əvvəl və sonra bütün stadion dezinfeksiya edilməlidir.

Həmin kateqoriyadan