18 il sonra super liqaya yüksəldi

Türkiyə super liqasına vəsiqə qazanan sonuncu – 3-cü klub məlum olub. Allsport.az xəbər verir ki, 1-ci liqanın pley-off mərhələsində “Altay”la “Altınordu” klubları qarşılaşıb.

İzmir derbisinin taleyini 1 qol həll edib. 89-cu dəqiqədə Marko Payşaonun qolu ilə “ALtay” qalib gəlib və super liqaya vəsiqə qazanıb.

Mustafa Dənizlinin çalışdırdığı komanda 18 il sonra yüksək liqada mübarizə aparacaq.

Daha öncə super liqaya “Girəsunspor”la “Adana Dəmirspor” klubları yüksəlmişdi.

Həmin kateqoriyadan