- Baxış sayı: 12
- 10 Noyabr 2026 11:18
- Baxış sayı: 246
- Noyabr 09, 2026
- 0

“Səbail” premyer liqada 20-ci heç-heçəsini edib. Allsport.az xəbər verir ki, bu, XVIII turun “Keşlə” ilə görüşünə təsadüf edib.
1:1 hesablı ev bərabərliyi Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda üçün yubiley sülhü olub. Bunadək bakılılar 93 qarşılaşmadan 19-da 1 xalla kifayətlənmişdi. “Səbail” öz meydanında 11, səfərdə 9 dəfə heç-heçə edib.
“Səbail”in ilk heç-heçəsi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər görüşündə rəsmiləşib – 0:0.