23 il sonra ölkəmizə Avropa çempionluğunu qazandırdı!

Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna Başta, pley-ofda Rumıniya təmsilçisi Sabina Martisi 15:8 məğlub edib.

8-liyə yüksəlmək uğrunda Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib. 1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız, yarımfinalda polşalı Suzanna Pieslara 15:6 üstələyib.

Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn legionçumuz, 23 il sonra ölkəmizə Avropa çempionatının qızıl medalını qazandırıb. 1999-cu ildə İtaliyanın Bolzano şəhərində Yelena Jemayeva baş mükafata yiyələnmişdi.

Həmin kateqoriyadan