“Pafos”da ilk qol

“Pafos”da ilk qol

Azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi Kiprin “Pafos” klubu Avropa liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandırıb.

Allsport.az xəbər verir ki, Kipr təmsilçisi cavab oyununda Avstriyanın “Salzburq” klubu ilə 3:3 hesablı heç-heçə edib. İlk görüşdə “Pafos” 0:1 hesabı ilə uduzmuşdu.

Limassolda keçirilən qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Murad Məmmədov 82-ci dəqiqədə meydana çıxıb. Cinah hücumçusu cəmi iki dəqiqə sonra – 84-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. Bu, onun “Pafos”un heyətində ilk qolu olub.

Bununla belə, “Pafos” iki oyunun nəticəsinə görə 3:4 hesabı ilə məğlub olaraq Avropa liqası ilə vidalaşıb.

Kipr klubu avrokuboklarda mübarizəni konfrans liqasının pley-off mərhələsində davam etdirəcək.

Həmin kateqoriyadan