- Baxış sayı: 17
- 29 İyul 2026 20:00
- Baxış sayı: 26
- İyul 29, 2026
- 0

Milli gimnastika arenasında yeniyetmə güləşçilərin dünya çempionatında Əbdülrəhman Hüseynli (51 kq) finalda özbəkistanlı Bünyad Həsənova 0:9 hesabı ilə yenildi. Allsport.az saytı xəbər verir ki, tutaşmadan sonra o çıxışını belə dəyərləndirdi:
“Bu dəfə 2-ci yerə çıxdım. Allah qoysa, gələn yarışda nəticəmi daha yaxşılaşdıraram. Final görüşünə fəal başlaya bilmədim. Əks halda, nəsə alınardı. Rəqib ötən ilin dünya çempionudur.
Amma buna rəğmən, sıxıntı yox idi. Sadəcə, yarış ölkəmizdə keçirildiyindən, məsuliyyət və həyacan ikiqat idi. Bunlar istər-istəməz sonda öz təsirini göstərdi”.