“Təəccüblənmədim”

“Təəccüblənmədim”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA superkubokunda “Aston Villa”ya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının çıxışından təəccüblənmədiyini bildirib:

“Mən təəccüblənmədim. Futbolçularımı çox yaxşı tanıyıram. Ötən il olduğu kimi, bu dəfə də çox çətin oldu. Komandanın gördüyü işi yüksək qiymətləndirməliyik. Çünki cəmi bir neçə gün məşq etmək imkanımız olmuşdu.

Bu futbolçuları motivasiya etmək çox asandır. Onlar gördükləri işi sevirlər. Bu, demək olar ki, ideal vəziyyətdir. Bir neçə il ardıcıl titul qazanmaq çox çətindir. Ambisiyalı, peşəkar olmaq və yenidən qalib gəlməyə çalışmaq lazımdır. Ambisiya da məhz budur”.

Həmin kateqoriyadan