- Baxış sayı: 41
- 04 Avqust 2026 12:35
- Baxış sayı: 63
- Avqust 04, 2026
- 0

…Bu dəfə dünya çempionu
Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstə üzvləri artıq hakim qarşısına çıxarılır. Allsport.az saytı xəbər verir ki, prokurorun elan etdiyi ittihamda, təqsirləndirilən şəxslərin cinayətkar qrup halında birləşərək, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt etdiyi deyilir. Sonradan isə məqsədin davamı olaraq, həmin torpaqları ayrı-ayrı şəxslərə satıblar. Pul verib torpaq alan şəxslər indi iş üzrə zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən bəziləri aldıqları torpaq üzərində ev də tikiblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslərdən biri MMA döyüş idman növü üzrə tanınmış idmançı Anar Hüseynovdur. O, 2017-ci ildə Antalyada keçirilən WMMAF dünya çempionatında qızıl medal qazanıb.
İttihamda yazır ki, Anar Hüseynov Ceyhun Əşrəfov və Qalib Əliyev ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub, sonradan həmin torpaqları satmaq və uzunmüddətli icarəyə verməklə dələduzluq yolu ilə 1 milyon 200 min manat pul ələ keçiriblər. Dövlətə dəymiş ümumi ziyan isə 4 milyon manatdan çoxdur. Lakin o, heç bir məqam üzrə ittihamı qəbul etmir, yekunda barəsində bəraət hökmü çıxarılmasını istəyir. Verilmiş ittihamlar (CM-178.4 və 188.3) təsdiqini tapsa, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir.
Ötən ay isə, Azərbaycan kikboks federasiyasının keçmiş vitse-prezidenti Səbuhi Rəcəbə əvvəlki cəzası da hesablanmaqla, 8 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Allsport.az saytı xəbər verir ki, onun idmançı həmkarı Elman Mirzəyevə isə 3 il sınaq müddəti seçilməklə, şərti cəza kəsilib. Bu barədə hökm Bakı ağır cinayətlər məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən vəziyyətdə elan olunub. Hökmə əsasən, adı 2-ci çəkilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib. İstintaq materiallarında onların etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməkdə şübhəli biliniblər.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Bakı ağır cinayətlər məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan o, eləcə də Elman Mirzəyevin barəsində istintaqda birgə məqamların və eyni zərərçəkmişlərin üzə çıxması ilə bağlı cinayət işi birləşdirilib. Hər ikisi barəsində cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Açılan cinayət işi əsasında eyni icraatda Bakı ağır cinayətlər məhkəməsində yeni məhkəmə keçirilib.
Hər 2 ünlü idmançının yaxın keçmişdə uğurlu fəaliyyəti olub. Son dövrdə ölkə idmanında ölüm hadisələrinin adiləşməsi, şiddət, zor, dələduzluq, dava-dalaş hallarının artması və artıq ənənəyə çevrilməsi müxtəlif təbəqələr arasında narazlılıq və narahatlıq yaradıb.