- Baxış sayı: 142
- 12 Avqust 2026 16:23
- Baxış sayı: 552
- Avqust 12, 2026
- 0

27-29 avqust tarixlərində Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və dünya seriyasının 4-cü mərhələsi keçiriləcək.
Allsport.az xəbər verir ki, hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil olunacaq.
Avqustun 27-də keçiriləcək U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar 60, 70, 80 və 90 kq, qızlar isə 45, 55, 65 və 75 kq çəki dərəcələrində çıxış edəcəklər.
Avqustun 28-29-da isə böyüklər arasında çimərlik güləşi üzrə dünya seriyasının 4-cü mərhələsi baş tutacaq. Bu yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və 90+ kq, qadınlar isə 50, 60, 70 və 70+ kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Beləliklə, ümumilikdə 34 ölkədən 200-dən çox idmançı Xəzər dənizinin sahilində keçiriləcək yarışlarda qalib olmaq üçün mübarizə aparacaq.