- Baxış sayı: 26
- 13 Avqust 2026 23:23
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland eyni anda 4 fərqli göstərici üzrə “Ginnesin rekordlar kitabı”na düşüb.
Allsport.az xəbər verir ki, norveçli qolçunun bu tarixi nailiyyətləri rəsmiləşdirilib və hücumçuya müvafiq sertifikatlar təqdim olunub.
Təcrübəli hücumçu 19 qolla millətlər liqası tarixinin ən məhsuldar futbolçusu adına yiyələnməklə yanaşı, İngiltərə premyer liqasında (APL) 100 qolluq həddə ən qısa müddətdə, cəmi 111 matçda çatan oyunçu kimi fərqlənib. Norveçli forvard həmçinin, APL-də bir mövsümdə ən çox (36) qol vuran idmançı tituluna sahib çıxıb. Haalandın növbəti rekordu isə çempionlar liqasında bir qarşılaşmada 5 dəfə fərqlənməsi ilə bağlıdır.