Ad gününü vətənində qeyd etməsə də, ürəyi hər zaman doğma yurdu ilə döyünür

Ad gününü vətənində qeyd etməsə də, ürəyi hər zaman doğma yurdu ilə döyünür

Ukraynada ölkəmizi layiqincə təmsil edən yunan-Roma güləş məşqçisi Yaşar Nəsirov bu gün doğum gününü vətənində keçirilən yeniyetmələrin dünya birinciliyində qeyd etməsə də, ürəyi hər zaman doğma yurdu ilə döyünür. O, Ukrayna millinin böyük məşqçisidir. Ötən mövsüm 60 illiyini qeyd edən “əməkdar məşqçi” idmançı karyerasını tez başa vurub.

Həmyerlimiz güləşə 18 yaşında Sumqayıtda, Qərib Əliyevin rəhbərliyi ilə başlayıb. 1985-ci ildə Xankəndidə gənclərin Azərbaycan biriciliyinin qalibi olub. Elə həmin il ustalar arasında ölkə çempionatında da qalib adını qazanıb. Sonra Kiyevdən dəvət alıb. O zaman 20 yaşı olub. Ukraynaya yollanandan bir müddət sonra məşqlərin birində qabırğası sınıb və güləşi tamamilə buraxıb. 

Hazırda Ukraynanın idman nazirliyi ilə uzunmüddətli müqaviləsi var. 2024-cü ildə Bakıda keçirilmiş 23 yaşlıların Avropa çempionatında Azərbaycan güləş federasiyası tərəfindən Azərbaycan – Ukrayna idman əlaqələrinin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb. Ötən il Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən “Bədən tərbiyəsi və idman üzrə əməkdar məşqçi” fəxri adını alıb.

Həmin kateqoriyadan