- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

İngiltərənin “Brayton” klubu Dieqo Qomesin müqaviləsinin müddətini uzadıb.
Allsport.az xəbər verir ki, Paraqvay millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
“Brayton” Dieqo Qomesi 2025-ci ilin yanvarında “İnter Mayami”dən 13 milyon avroya transfer edib. 23 yaşlı futbolçu 2025/26 mövsümündə “qağayılar”ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.