- Baxış sayı: 92
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

“Fənərbağça” braziliyalı yarımmüdafiəçi Fredlə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, İstanbul klubu 33 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
2023-cü ilin avqustunda “Mançester Yunayted”dən “Fənərbağça”ya transfer olunan yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətində 129 matça çıxıb. O, bu görüşlərdə 12 qol vurub və 21 məhsuldar ötürmə edib.
Fred karyerasını vətənində davam etdirəcək. Braziliyalı futbolçu “Atletiko Mineyro”ya keçib.