- Baxış sayı: 28
- 13 Avqust 2026 18:38
- Baxış sayı: 547
- Avqust 12, 2026
- 0

“Aston Villa”nın baş məşqçisi Unai Emeri UEFA superkubokunda PSJ-yə 1:2 hesablı məğlubiyyəti şərh edib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının mübarizəsindən razı qaldığını bildirib:
“Məğlubiyyət heç vaxt sevinc gətirmir. Amma futbolçuların 90 dəqiqə ərzində necə mübarizə aparmasından, meydanda özlərini necə ortaya qoymasından razıyam. Qol vurmaq şanslarımıza gəlincə, bu gün etdiklərimizlə fəxr etməliyik”.
Emeri Brayan Madjo və Corc Hemminqsin belə oyunlarda təcrübə qazanmasının vacib olduğunu vurğulayıb:
“Onların belə matçlarda təcrübə qazanması çox önəmlidir. Gərgin zəhmət sayəsində nə öyrəndiklərini göstərirlər. Bu matçda necə oynayacağımıza əvvəlcədən qərar vermişdik və futbolçuları həmin mövqelərdə çıxış etməyə hazırlamışdıq”.
Baş məşqçi Emiliano Martines, Ezri Konsa və Olli Uotkinsin heyətdə olmamasına da münasibət bildirib:
“Onlar bu matçdan sonra bizə qoşulacaqlar. Şənbə günü son yoldaşlıq görüşümüz var, amma orada olmayacaqlar. Artıq bizimlə məşqlərə başlayacaqlar. Onlara 4 həftəlik istirahət vermək istəyirdik, çünki mövsüm çox gərgin keçmişdi. Yaxşı fiziki formada olan futbolçularla işləməyin daha doğru olduğunu düşünürük”.
Emeri komandasında müəyyən dəyişikliklərin olacağını da deyib:
“Ümumilikdə etdiklərimizlə fəxr edə bilərik. Bəzi dəyişikliklərə ehtiyac olacaq, amma özümüzə inanırıq. Daha çox dəyişiklik planlaşdırılır”.