Yalnız iki məşqçidən geri qalır

Yalnız iki məşqçidən geri qalır

PSJ-nin baş məşqçisi Luis Enrike karyerasında üçüncü dəfə UEFA superkubokunu qazanıb.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi Paris klubu həlledici oyunda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib.

Enrike PSJ ilə bu titula ikinci dəfə sahib çıxıb. O, daha əvvəl 2015-ci ildə “Barselona”nın baş məşqçisi kimi UEFA superkubokunu qazanmışdı.

Bu göstəricidə Luis Enrike yalnız Pep Qvardiola və Karlo Ançelottidən geri qalır. Qvardiola 4, Ançelotti isə 5 dəfə UEFA superkubokunun qalibi olub.

Həmin kateqoriyadan