İngiltərə futbolunda ağır itki

İngiltərə futbolunda ağır itki

İngiltərənin sabiq qapıçısı Cimmi Rimmer vəfat edib.

Allsport.az xəbər verir ki, keçmiş qolkiper 78 yaşında dünyasını dəyişib.

Rimmer “Mançester Yunayted”in akademiyasının yetirməsi olub. O, 1968-ci ildə Avropa çempionlar kubokunu qazanan komandanın heyətində yer alıb. “Benfika” ilə final matçında isə ehtiyatda qalıb.

1977-ci ildə “Aston Villa”ya keçən Rimmer bu klubda 6 mövsüm çıxış edib. O, komandanın heyətində çempionatda 229 oyun keçirib. 1981/82 mövsümündə “Aston Villa”nın Avropa çempionlar kubokunu qazandığı yürüşdə bütün matçlarda iştirak edib.

“Bavariya” ilə final görüşünə start heyətdə başlayan qapıçı 9-cu dəqiqədə zədələnərək əvəzlənib. “Aston Villa” həmin oyunda 1:0 hesablı qələbə qazanıb. Bununla da Rimmer ikiqat Avropa çempionlar kuboku qalibi olub.

Cimmi Rimmer karyerası ərzində “Arsenal” və “Suonsi”də də çıxış edib. O, İngiltərə millisində 1 oyun keçirib.

Həmin kateqoriyadan