- Baxış sayı: 29
- 14 Avqust 2026 21:09
- Baxış sayı: 586
- Avqust 12, 2026
- 0

“İndi irəliyə doğru addım atmağın və titullar qazanmağın vaxtıdır”.
Allsport.az xəbər verir ki, bunu “Real”ın hücumçusu Kilian Mbappe yeni mövsümlə bağlı gözləntilərindən danışarkən deyib.
Fransalı futbolçu komandanın qarşıdakı mövsümdə uğurlu olacağına inandığını bildirib:
“Biz qalib gəlməliyik və düşünürəm ki, bu il titullar qazanacağıq. Geri dönəcəyimizə əminəm. Bütün mövsüm diqqətimizi qoruyacağıq. İndi irəliyə doğru addım atmağın və titullar qazanmağın vaxtıdır. Bura gəlmək mənim üçün xəyal idi. Burada olduğum üçün nə qədər şanslı olduğumu bilirəm. İndi isə qalib gəlməliyik”.
Mbappe komandanın yeni baş məşqçisi Joze Mourinyo barədə də danışıb:
“Qalib gəlməyi bilən Mourinyo kimi məşqçimizin olması çox gözəldir”.