Rekordunu yeniləyəcək

Rekordunu yeniləyəcək

Brendon Nakaşima Monrealda keçirilən “Ustadlar” turnirində finala yüksəlib.

Allsport.az xəbər verir ki, 25 yaşlı amerikalı tennisçi yarımfinalda Rafael Xodarı məğlub edib.

Görüş Nakaşimanın 7:6(3), 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Bu, onun “Ustadlar” səviyyəsində ilk finalı olacaq. Ümumilikdə isə Nakaşima ATP turnirlərində 5-ci dəfə titul uğrunda mübarizə aparacaq. O, əvvəlki 4 finalın 3-də məğlub olub, yeganə titulunu 2022-ci ildə San Dieqoda qazanıb.

Monrealdakı çıxışı sayəsində Nakaşima reytinqdə şəxsi rekordunu yeniləyəcək. Amerikalı tennisçi minimum 22-ci pilləyə yüksələcək. Onun əvvəlki ən yaxşı göstəricisi 29-cu yer idi.

Nakaşima finalda Ben Şelton – Lerner Tien cütünün qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan