- Baxış sayı: 40
- 08 Sentyabr 2026 13:37
- Baxış sayı: 113
- Sentyabr 08, 2026
- 0

PSJ UEFA superkubokunun qalibi olub.
Allsport.az xəbər verir ki, Paris təmsilçisi həlledici matçda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib.
Qarşılaşmada PSJ-nin qollarını Xviça Kvaratsxeliya və Dezire Due vurub.
Bununla da çempionlar liqasının qalibləri ardıcıl 8-ci dəfə UEFA superkubokunu qazanıblar.
Avropa iqasının sonuncu qalibi kimi superkuboku qazanan komanda “Atletiko” olub. Madrid klubu 2018-ci ildə “Real”a 4:2 hesabı ilə qalib gəlmişdi.
Sonrakı illərdə isə kuboka “Liverpul”, “Bavariya”, “Çelsi”, “Real” iki dəfə, “Mançester Siti” və PSJ iki dəfə sahib çıxıb.