Yol ayrıldı

Yol ayrıldı

Son döyüşünü Bakıda keçirən Qazaxıstan təmsilçisi Bəyzad Almaxan UFC heyətindən çıxarılıb. Allsport.az xəbər verir ki, 28 yaşlı idmançının təşkilatda çıxışı 4 qarşılaşmadan sonra başa çatıb.

O, UFC-də cəmi 1 qələbə qazanıb. Onun yeganə qələbəsi 2025-ci ilin mayında UFC-315 turnirində Bred Katona üzərində birinci raundda nokautla qeydə alınıb.

Qazaxıstanlı idmançı son olaraq iyunun 27-də Bakıda keçirilən UFC turnirində Jan Matsumoto ilə qarşılaşıb. Üç raund davam edən döyüşün sonunda hakimlər yekdil qərarla Matsumotonu qalib elan ediblər.

Bekzat Almaxanın peşəkar MMA karyerasındakı ümumi göstəricisi isə 12 qələbə və dörd məğlubiyyətdir.

Həmin kateqoriyadan