- Baxış sayı: 28
- 13 Avqust 2026 20:37
- Baxış sayı: 554
- Avqust 12, 2026
- 0

PSJ-nin baş məşqçisi Luis Enrike avrokuboklarda qazandığı titulların sayına görə üçüncü pilləyə yüksəlib.
Allsport.az xəbər verir ki, Paris təmsilçisi UEFA superkubokunda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib.
Bu, Luis Enrikenin karyerasında üçüncü UEFA superkuboku olub. İspaniyalı mütəxəssis həmçinin üç dəfə çempionlar liqasının qalibi adını qazanıb. O, bu titulları PSJ və “Barselona” ilə əldə edib.
56 yaşlı baş məşqçi avrokuboklardakı altıncı titulunu qazanaraq Aleks Ferqyuson və Covanni Trapattoni ilə eyni göstəriciyə çatıb.
Bu göstəricidə Enrikeni yalnız Pep Qvardiola və Karlo Ançelotti qabaqlayır. Qvardiolanın hesabında 7, Ançelottinin aktivində isə 10 avrokubok titulu var.
Luis Enrike indiyədək çıxdığı 6 avrokubok finalının hamısında qalib gəlib. O, bununla Zinəddin Zidanın “5 final – 5 titul” göstəricisini geridə qoyub.