- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Polşanın “Rakuv” klubu UEFA konfrans liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda İsveçin “Hammarbü” komandasını 1:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı.
Millimizin hücumçusu Mahir Əmrəli cavab matçına start heyətində başlayıb. 28 yaşlı forvard 67-ci dəqiqədə sarı vərəqə alıb. “Rakuv”un hesabı açmasından sonra isə Mahir 73-cü dəqiqədə əvəzlənib.
Beləliklə, Polşa təmsilçisi iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlib.