- Baxış sayı: 121
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Bu gün UEFA superkubokunun qalibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, çempionlar liqasının qalibi PSJ ilə Avropa liqasının qızıl mükafatçısı “Aston Villa” üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçın baş hakimi Somalidən olan FİFA referisi Omar Artan olub.
Görüş Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçirilib.
Qarşılaşma Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paris klubu ardıcıl ikinci dəfə bu kubokun sahibi olub.