- Baxış sayı: 35
- 29 İyul 2026 20:00
- Baxış sayı: 36
- İyul 29, 2026
- 0

Milli gimnastika arenasında keçirilən yeniyetmə güləşçilərin dünya birinciliyində Əli Cavadlı (45 kq) finalda ABŞ-lı Raylen Bezer Voskala görüşdə qızıl medala yaxın olsa da, 2-ci yarıda təşəbüssü rəqibə verərək sonda 5:13 uduzdu. O, mükafatlandırmadan sonra həledici qarşılaşmanı allsport.az saytına belə nəql etdi:
“İlk hissədə 5:0 irəlidəydim. Fasilədən sonra görüşün məcrası rəqibin xeyrinə dəyişdi. Parterdə amerikalı güləşçi qolumu yığdı, onu çıxarda bimədim. Bu səbəbdən ardıcıl çevirmə fəndlərindən xallar verib sonda uduzdum. Təkrara baxanda, rəqibi əks-fəndə salmaq imkanım vardı.
Təəssüf ki, onu da qaçırdım. Amerikalı güləşçi qolumu çox bərk sıxmışdı, hec cür vəziyyətdən çıxa bilmədim. Bura çempionluq üçün gəlmişdim, amma alınmadı. Finaldakı rəqibi daha diqqətdə saxlayacağam. Səhvlərdən nəticə çıxarıb, növbəti dünya çempinatında buna yol verməməməyə şalışacağam”.