- Baxış sayı: 28
- 13 Avqust 2026 18:38
- Baxış sayı: 547
- Avqust 12, 2026
- 0

Fransanın PSJ klubunun mərkəz müdafiəçisi və kapitanı Markinyos komandanın heyətində 40-cı titulunu qazanıb.
Allsport.az xəbər verir ki, 32 yaşlı braziliyalı futbolçu PSJ-nin UEFA superkubokunda İngiltərənin “Aston Villa” komandasına 2:1 hesabı ilə qalib gəldiyi görüşdə bu uğura imza atıb.
O, Paris təmsilçisinin tərkibində 11 dəfə liqa 1-in, 10 dəfə Fransa superkubokunun, 8 dəfə Fransa kubokunun, 6 dəfə liqa kubokunun, 2 dəfə UEFA çempionlar liqasının, 2 dəfə UEFA superkubokunun və 1 dəfə qitələrarası kubokun qalibi olub.
Markinyos PSJ tarixinin ən titullu futbolçusudur. Bu, braziliyalı oyunçunun karyerasında ümumilikdə 41-ci mükafatı olub. O, futbol tarixində qazanılan kubokların sayına görə Dani Alveşə (41) çatıb və yalnız Lionel Messidən (45) geri qalır.