İlin sonunadək meydana çıxmayacaq

İlin sonunadək meydana çıxmayacaq

“Bavariya”nın heyətində ciddi itki baş verib.

Allsport.az xəbər verir ki, yarımmüdafiəçi Camal Musiala sıradan çıxıb.

Almaniyalı futbolçu UEFA çempionlar liqasının liqa mərhələsinin V turunun “Lill”lə səfər matçında (1:2) ayaq əzələsindən zədə alıb. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Camal Musiala 2019-cu ilin yayında “Bavariya”nın akademiyasına qoşulub. Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində 6 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan