Reytinq yeniləndi

Reytinq yeniləndi

Avrokuboklarda həftənin matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

Allsport.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi “Sabah” çempionlar liqasında V turda “Barselona”ya məğlub olub (1:4) və ölkə həftəni xalsız başa vurub.

Buna baxmayaraq, reytinqdə sıralamada mövqe dəyişməyib. İsrailin “Hapoel” klubu da Avropa liqasında “Beşiktaş”a uduzduğu üçün ölkəyə əmsal qazandırmayıb.

Azərbaycan 24.187 göstərici ilə 24-cü sırada qərarlaşıb. 25-ci İsrailin 24.125, 23-cü Ukraynanın isə 24.837 xalı var.

Həmin kateqoriyadan