“Xilasedici” mübarizəni dayandırdı

“Xilasedici” mübarizəni dayandırdı

CEV çempionlar liqasında çıxış edən kişi voleybolçulardan ibarət “Xilasedici” klubu 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirib.

Allsport.az xəbər verir ki, təmsilçimiz Lyublyanada yerli “ACH Volley LJUBLJANA” klubu ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, iki oyunun nəticəsinə əsasən hər iki qarşılaşmada məğlub olan “Xilasedici” klubu turnirdə mübarizəsini dayandırıb.

Təmsilçimiz avrokuboklarda çıxışını CEV voleybol kubokunda davam etdirəcək. “Xilasedici” 1/16 final mərhələsində Serbiyanın “Crvena Zvezda BEOGRAD” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan