“Artıq bu, milli məsələyə çevrildi”

“Artıq bu, milli məsələyə çevrildi”

“Beşikdaş”ın futbolçusu Saleh Özcan Avropa liqasında “Hapoel”ə qarşı qazandıqları qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, yarımmüdafiəçi qarşılaşma zamanı tribunada türkiyəli azarkeşlərlə polis arasında yaşanan insidentə də münasibət bildirib:

“Oyun fərqli alındı. Qələbə qazandığımız üçün şadam. Tribunada baş verənlər xoş deyil. Bir neçə azarkeşimiz xəsarət alıb. Onlara şəfa arzulayıram. Bu qələbəni fanatlarımıza həsr edirik.

Hadisələr elə cərəyan etdi ki, artıq bu, sadə tribuna olayı deyil, milli məsələyə çevrildi. Bizə dəstək olan, arxamızda duran hər kəsə minnətdarıq”.

Görüşün ilk hissəsində türkiyəli azarkeşlər Fələstinə dəstək məqsədilə pankart açıblar. Gürcüstan polisinin müdaxiləsindən sonra tribunada qarşıdurma yaşanıb və oyun təxminən 20 dəqiqə dayandırılıb. Daha sonra bərpa olunan matç “Beşikdaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmin kateqoriyadan