Braziliya millisinin üzvü vəfat edib

Braziliya millisinin üzvü vəfat edib

Braziliyalı sabiq futbolçu Juari 67 yaşında dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, keçmiş hücumçu noyabrın 26-da Braziliyanın Posos-di-Kaldas şəhərində vəfat edib.

Juari onurğa və prostat xərçənginin yaratdığı ağırlaşmalar nəticəsində həyatını itirib.

Peşəkar karyerasına “Santos”da başlayan futbolçu klubun heyətində 229 oyuna çıxıb və 101 qol vurub. O, 1978-ci ildə komanda ilə San Paulu çempionu olub.

Juari Avropada “Avellino”, “İnter”, “Askoli”, “Kremoneze” və “Porto” klublarının formasını geyinib. Hücumçu karyerasının ən böyük uğuruna 1987-ci ildə Portuqaliya təmsilçisi ilə imza atıb. O, çempionlar kubokunun (indiki çempionlar liqası) finalında “Bavariya”ya qarşı keçirilən görüşdə qələbə qolunu vuraraq “Porto”nun titul qazanmasında mühüm rol oynayıb.

Juari Braziliya millisinin heyətində 3 oyun keçirib və 1 qol vurub.

Həmin kateqoriyadan