Həmyerlilərimizin komandalarından fərqli nəticələr

Həmyerlilərimizin komandalarından fərqli nəticələr

Murad Məmmədov və Zamiq Əliyevin çıxış etdiyi Kiprin “Pafos” və Albaniyanın “Eqnatiya” klubları UEFA konfrans liqasının liqa mərhələsinin IV turunda növbəti oyunlarını keçiriblər.

Allsport.az xəbər verir ki, “Pafos” doğma meydanda Danimarkanın “Midtyulland” klubunu qəbul edib və 0:2 hesabı ilə məğlub olub.

Məmmədov komandası bir top fərqi ilə geridə olarkən, matçın 55-ci dəqiqəsində meydana daxil olub.

“Eqnatiya” isə doğma meydanda Cəbəllütariqin “Linkoln” klubunu 2:1 hesabı ilə məğlub edib. Əliyev qarşılaşmanın 84-cü dəqiqəsində meydana çıxıb.

Hazırda “Pafos” 1 xalla 35-ci, “Eqnatiya” isə 5 xalla 17-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan