3 qılıncoynadanımızın Rio-2016 yolunda son cəhdi

16-17 apreldə Praqada qılıncoynadanlar arasında beynəlxalq turnir keçiriləcək. Həmin yarışda milli komandalarımız da iştirak edəcək. Bu barədə allsport.az saytına AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədov deyib. Onun sözünə görə, Çex Respublikasında təşkil olunacaq turnir çox vacibdir, sonuncu lisenziya sınağıdır. Dunay sahili ölkədə ölkəmizi 2 sablyaçı  – Səbinə Mikina və Azər Tağıyev təmsil edəcək. Şpaqaçıların yarışında Kənan Əliyev gücünü göstərəcək.

Həmin kateqoriyadan