3 sablyaçımız əsas mərhələdə

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə dünya kubokuna start verilib. Allsport.az saytı xəbər verir ki, qadınların şəxsi görüşlərində Anna Başta reytinqi yüksək olduğundan, mübarizəyə əsas mərhələdən başlayacaq.

Digər təmsilçilərimizdən Səbinə KərimovaSevil Bünyatova təsnifatdan əsas raunda yüksəliblər. Onlar müvafiq olaraq, rusiyalı Olqa Nikitina və qazaxıstanlı Aykərim Sarıbəylə qarşılaşacaqlar. Adı ilk çəkilən qılıncoynadanımıza rusiyalı Anastasiya Şorokova rəqib olub.

Bizdən qrupu adlayan Polina Kaspiaroviç (4 qələbə) və Valeriya Bolşakova (4 qələbə) pley-off səddini keçə bilməyiblər.

Həmin kateqoriyadan