“3×3 qızlar turniri”ndə hansı komanda qalib olub?

Aİ-nin maliyyə dəstəyi, UNİCEF və AFFA-nın təşkilatçılığı ilə 8 mart beynəlxalq qadınlar gününə “3×3 qızlar turniri” keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan texniki universitetinin İdman zalında təşkil olunan turnirdə 3 yaş qrupu üzrə 30 komanda mübarizə aparıb və ümumilikdə 120 qız futbolçu iştirak edib.

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Manə Mollayeva, Firəngiz Teymurova və Günay İsmayılovanın qonaq qismində iştirak etdiyi turnirdə komandalara AFFA və UNİCEF tərəfindən idman geyimi, inventar və hədiyyələr təqdim edilib. Həmçinin hər 3 yaş qrupu üzrə ilk 3 yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok verilib.

2005-2007-ci il təvəllüdlü yaş qrupu üzrə turnirin qalibi “Neftçi PFK-1” olub. 2-ci və 3-cü yeri isə müvafiq olaraq “Filiz”” və “Gənclər FM-2” komandaları tutub. “Bakinka-1” komandası 2008-2009-cu il təvəllüdlü yaş qrupunun qalibi olub. “Baku Sporting – 1” II,  “Əhmədli Yunayted -1” isə III olublar. 2010-2011-ci il təvəllüdlülərin yarışında isə “Əhmədli Yunayted-3” komandası qalib adını qazanıb. “Xəzər – 2”,  “Xırdalan City – 3” sonrakı pillərlərdə qərarlaşıblar.

Həmin kateqoriyadan