4-dən 3-ü mərhələ adladı

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi keçirilir. Allsport.az saytı xəbər verir ki, +80 kq çəkidə mübarizə aparan Məhəmməd Abdullayev ilk görüşdə bolqarıstanlı Aleks Kunçev üzərində qələbə qazanıb – 3:0. Milli komandamızın üzvü 1/4 finalda litvalı Marek Korolkovla üz-üzə gələcək.

Şamil Səfərəliyev (80 kq) isə rusiyalı Timerxan Almakayevə uduzaraq, mübarizəni dayandırıb. 50 kq çəki dərəcəsində çıxış edən Sərxan Əliyev də Avropa birinciliyi ilə erkən vidalaşıb. Boksçumuz ilk qarşılaşmada Litva nümayəndəsi Arturas Jinkovskiyə məğlub olub.

Milli komandamızın digər üzvü Pərviz Quliyev isə (63 kq) litvalı rəqibini mübarizədən kənarlaşdırıb. Həmyerlimiz Aurila Mantasa qalib gələrək, 1/8 finala vəsiqə əldə edib. Onu növbəti mərhələdə Gürcüstan təmsilçisi Səkərxan Madiyev gözləyir.

Bəxtiyar Qazıbəyov da (57 kq) Avropa birinciliyinə qalibiyyətlə başlayıb. Boksçumuz xorvatiyalı Antonio Tkalçiç üzərində qələbə qazanıb – 3:0. Millimizin üzvü 1/8 finalda İngiltərə idmançısı Rayan Qarnerlə üz-üzə gələcək.

Həmin kateqoriyadan