- Baxış sayı: 41
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

“Qarabağ” Azərbaycan kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.
Ağdam klubu 1/8 finalın ev matçında MOİK-ə qalib gəlib – 1:0. Xankəndidə keçirilən görüş mütəxəssis üçün yubileylə əlamətdar olub.
Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/09 mövsümündə qazanıb. Ağdamlılar 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.