“Qarabağ” da ölkə kubokunun final matçının biletlərini satışa çıxardı

Mayın 25-də Azərbaycan kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” klubu bu matçın biletlərini bu gündən etibarən satışa çıxarıb. Allsport.az saytı xəbər verir ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Ağdam klubunun fanatları üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.

Xatırladaq ki, “Qarabağ” – “Neftçi” matçı mayın 25-də keçiriləcək və saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan