5-ci turda ancaq qonaqlar qaydanı pozdu. “Boz ev” 5 klubu cəzalandırdı

Bu gün AFFA intizam komitəsi 1-ci divizionun 5-ci turunun oyunları ilə də bağlı qərarlar qəbul edib. Allsport.az saytı sizi iclasın gedişi ilə tanış edir:

“Səbail-2” – “Zaqatala” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Qarabağ-2” matçının 89-cu dəqiqəsində qonaqların futbolçusu Rauf Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib. Xərək daşıyan uşaqların yaşları əsasnaməyə uyğun olmadığına görə (minumum 18 yaş) meydan sahibi 80 manat ziyana düşüb.

“Neftçi-2” – “Sabah-2 matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Xərək daşıyan uşaqların yaşları əsasnaməyə uyğun olmadığına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimələnib.

“Kəpəz” – “Ağsu” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

MOİK – “Turan Tovuz” matçında ölkə çempionunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “hərbçilər”dən futbolçusu Raul Yaqubzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat geri düşüb.

Oyunun 90+5-ci dəqiqəsində MOİK-in futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Ev sahibi oyunun video yazılışını aparmadığına görə klub 80 manat cərimə olunub. MOİK matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimələnib.

Həmin kateqoriyadan