- Baxış sayı: 13
- 10 Noyabr 2026 11:18
- Baxış sayı: 246
- Noyabr 09, 2026
- 0

“Sabah”ın futbolçusu Kevin Kubemba Konqo yığmasına dəvət alıb. Allsport.az xəbər verir ki, 27 yaşlı hücumçu Afrika Millətlər kuboku çərçivəsində Seneqal və Qvineya-Bisau yığması ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb.
Kubemba 2014-cü ildə Konqo millisində debüt edib. Hücumçu sonuncu dəfə 2016-cı ildə yığmaya çağırılıb.
Konqo yığması martın 26-da Seneqal, 30-da isə Qvineya-Bisau ilə qarşılaşacaq.